
Ukrayna 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ruslan Rotan Valeti Lobanovskinin xatirə turnirində Azərbaycan yığmasına 0:1 hesablı məğlubiyyəti şərh edib.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis komandasının oyununun alınmadığını bildirib. O, nəticədən yox, futbolçularının çıxışından daha çox məyusluğunu ifadə edib: "İstəklərimizin heç 50 faizini də yerinə yetirmədik. Çoxlarının fiziki cəhətdən hazır olmadıqlarını anlayırıq. Cəmi iki gündür yığışmışıq. Hələ istədiyimiz kimi deyilik. Hətta kimisə fərqləndirmək də olmur. Nə oyun quruculuğu, nə də aqressiya var idi. Çox məyusam".
Rotan bildirib ki, hesabda geri düşdükdən sonra bərabərlik qolunu vurmaq istəyi olsa da, bu, spontan xarakter daşıyıb: "Tələb etdiyimizi görmədik. Uşaqlar fiziki cəhətdən hazır deyillər, iki həftə istirahət ediblər. Amma bunlar bəhanələrdir, qalib gəlməliyik".