"Gözəl oyun və yaxşı mübarizə alındı. Tək millət, iki dövlət şüarı ilə oynadıq. Azarkeşlər də matç ərzində komandaları dəstəklədilər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunundan sonra deyib.
TFF rəhbəri AVRO-2020-də iki oyunlarını Bakı keçirəcəklərini xatırladıb: “Avropa çempionatı yolunda ilk oyunumuzu Azərbaycana qarşı keçirdik. Uels və İsveçrə ilə oyun Bakıda olacaq. Bu, başlanğıcdır. Ümid edirəm ki, qrupdan çıxıb, yolumuza davam edə biləcəyik".