
"Keşlə" futbolçusu Şəhriyar Əliyevlə yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin başa çatan müqaviləsinin müddəti artırılıb.
Azərbaycan millisinin oyunçusu daha bir il paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, "Keşlə" daha əvvəl "Qəbələ"dən ayrılan Merab Giqauri ilə 1 illik müqavilə bağlayıb.