“Zirə” komandasının mövsümlərarası hazırlıq planı bəlli olub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, məşqlərə iyunun 24-də start veriləcək. Bakı mərhələsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Hazırlığın növbəti mərhələsi isə iyulun 18-dən Türkiyədə gerçəkləşəcək. Avqustun 1-dək davam edəcək toplanış müddətində 4 yoxlama matçı planlaşdırır.