
UEFA Avropa çempionatının A qrupunun İtaliya - Uels və İsveçrə - Türkiyə oyunlarından öncə maraqlı aksiya təşkil edəcək.
Sportnet.az-ın məlumatına görə, qitə futbol qurumu matçların oynanılacağı "Olimpiko" və Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırladığı videonu nümayiş etdirəcək.
Həmçinin qaçqın uşaqlardan ibarət komanda İtaliya Futbol Federasiyasının təşəbbüsü ilə Romadakı qarşılaşmada UEFA-nın qonağı olacaq.
Qeyd edək ki, iyunun 20-də keçiriləcək oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.