İtaliyanın "Milan klubundan ayrılan Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu "İnter"ə keçməyə yaxındır.
Sportnet.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində yazıb.
Gələn həftə 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq. Çalhanoğlunun "Milan"la sözləşməni uzatmaqdan imtina etdiyi və onun iyunun 22-də yeni klubunda tibbi müayinədən keçəcəyi bildirilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2020/2021 mövsümündə "Milan"da 43 oyuna 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsi iyunun 30-da başa çatır.