"Neftçi" ilə oyuna fiziki hazırlığın bir hissəsi kimi baxıram. Düzəltməli olduğumuz çox şey var. Mənim üçün ən önəmlisi futbolçuları iş başında görmək idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasının baş məşqçisi Savo Miloşeviç "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, "Neftçi" ilk sınaq matçı üçün ağır rəqibdir: "Amma komandamdan razı qaldım. Uşaqlar məşqlərdə onlara verdiyimiz bəzi taktiki tapşırıqları yerinə yetirmək üçün meydanda əsl xarakter göstərdilər. Bu görüşədək elə də çox vaxtımız olmayıb. Fiziki hazırlığımızı davam etdiririk".
Qeyd edək ki, "Neftçi" növbəti sınaq matçını iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı keçirəcək. Sloveniyadakı son rəqib Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu oyun isə iyunun 29-da olacaq.