Türkiyə milli komandasının və Fransa "Lill"inin futbolçusu Burak Yılmaz İtaliyanın "Milan" klubunun maraq dairəsinə düşüb.
Sportnet.az-ın "Tuttomercato"ya istinadən məlumatına görə, 36 yaşlı hücumçu "qırmızı-qaralar"ın transfer siyahısının ön sıralarında yer alıb. AVRO-2020-də zəif oynamasına rəğmən, Yılmazın "Lill"dəki çıxışı ilə digər klublardan da təklif aldığı bildirilir.
Qeyd edək ki, Türkiyə millisinin digər futbolçusu Hakan Çalhanoğlu bu gün "Milan"dan "İnter"ə transfer olub.