
“Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, cinah yarımmüdafiəçisi Stiven Jozef-Monroz ilə başa çatan müqavilə yenilənməyib.
Fransalı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Stiven Jozef-Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb.