Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" və "Sumqayıt" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Sportnet.az xəbər verir ki, "Azersun Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə ilk qolu 25-ci dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli vurub. 40-cı dəqiqədə İsmayıl İbrahimli hesabı bərabərləşdirib.
İkinci hissədə komandalar meydana ehtiyat heyətlərinin əksər üzvlərini buraxıblar. 55-ci dəqiqədə Ağdam təmsilçisindən Seyxan Fərəcov komandasını yenidən önə keçirib. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə Filip Ozobiç qoyub.
"Qarabaö" daha əvvəl yoxlama matçında "Keşlə"ni 7:0 hesabı ilə məğlub edib. "Gənclik şəhəri" təmsilçisi isə ilk sınaq matçını keçitib.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında İsrailin "Aşdod", "Sumqayıt" isə Serbiyanın "Çukariçki" kollektivi ilə üz-üzə gələcək.
Yoxlama oyunu
18:30. "Qarabağ" - "Sumqayıt" - 3:1
Qollar: İsmayıl İbrahimli, 25. Seyxan Fərəcov, 55. Filip Ozobiç, 86 - Rəhim Sadıxov, 40
Baş hakim: Əliyar Ağayev