Avropa çempionatının 1/4 final mərhələsində Bakıda Çexiya ilə qarşılaşacaq Danimarka millisi oyun öncəsi son məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, Kasper Hülmandın baş məşqçi olduğu komandanın hazırlıq prosesi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) baş tutub.
Qeyd edək ki, iyulun 3-dəki Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. Daha əvvəl BOS-da A qrupunun 3 qarşılaşması da gerçəkləşib.