Azərbaycan millisinin məşqçisi Arif Əsədov Gürcüstana yollanıb.
Sportnet.az xəbər verir ki, 51 yaşlı mütəxəssis yığmanın baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, "Neftçi"nin Tbilisidə "Dinamo"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu izləyəcək.
Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.