"Neftçi"nin Yunanıstanda "Olimpiakos"a qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransaları və açıq məşqlərin vaxtı açıqlanıb.
Sportnet.az xəbər verir ki, iyulun 20-də flaqmanın baş məşqçisi Samir Abasov və komandanın seneqallı müdafiəçisi Mamadu Mboc media nümayəndələrinin qarşısına çıxacaq. "Georgios Karaiskakis" stadionunun mətbuat zalında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Konfransdan sonra - saat 23:00-da isə "ağ-qaralar"ın açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 17:30-da rəqib komandanın mətbuat konfransı olacaq. Tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 21-də oynanılacaq "Olimpiakos" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.