
Rusiyanın "Soçi" klubundan ayrılan futbolçu Mixa Mevlya Türkiyə "Alanyaspor"u ilə anlaşıb.
Sportnet.az-ın məlumatına görə, sloveniyalı müdafiəçi Superliqa təmsilçisinə azad agent qismində keçib. "Alanyaspor" ötən mövsüm 40 oyundan 60 xalla 7-ci yeri tutub.
Mevlya isə "Soçi"də 2019-cu ildən forma geyinib. 31 yaşlı oyunçu ötən mövsüm Premyer Liqadakı 29 matçda 3 qol vurub. O, 2016-cı ildə debüt etdiyi Sloveniya millisində 39 görüş keçirib.
Qeyd edək ki, "Soçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Keşlə" ilə üz-üzə gələcək. İlk oyun iyulun 22-də "Fişt" stadionunda, cavab qarşılaşması iyulun 29-da "ASK Arena"da olacaq.