
Azərbaycan Kubokunun son qalibi "Keşlə" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Rusiyada "Soçi" klubu ilə qarşılaşıb. "Fişt" stadionunda oynanılan və albaniyalı referi Enea Yorcinin idarə etdiyi görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qolu 10-cu dəqiqədə Rodriqo vurub. İlk hissə bu hesabla yekunlaşıb - 1:0. "Keşlə" 67-ci dəqiqədə 2-ci qolu qapısında görüb. Bu dəfə Kristian Noboa penaltidən fərqlənib. 74-cü dəqiqədə qonaqlardan Rəhman Hacıyev zədələnərək meydanı tərk edib. Matçda son nöqtəni isə 81-ci dəqiqədə Maksim Barsov qoyub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda olacaq.
-------------------------------------
"Qarabağ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda İsrailin "Aşdod" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Oyun boyunca "Qarabağ" bir neçə epizodda fərqlənməyə yaxın olsa da, şanslarından yararlana bilməyib. Əvəzində 82-ci dəqiqədə Maksim Medvedev rəqibə qarşı kobudluq etdiyi və aşkar qoldan məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü iyulun 29-da İsraildə olacaq.
------------------------------------
Bu gün Azərbaycanın daha iki klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" Bakıda İsrailin "Aşdod" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Matç azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Oyuna arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.
Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olmuş "Keşlə" isə Rusiyada "Soçi"nin qonağı olacaq. "Fişt" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü albaniyalı hakim Enea Yorci idarə edəcək. Qarşılaşmaya az sayda azarkeş buraxılacaq.
22 iyul
UEFA Konfrans Liqası
20:00. "Qarabağ" - "Aşdod" (İsrail) - 0:0
Baş hakim: Sergey Boyko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. "Soçi" (Rusiya) - "Keşlə" - 3:0
Qollar: Rodriqo, 10, Kristian Noboa, 67 (penalti), Maksim Barsov, 81
Baş hakim: Enea Yorci (Albaniya)
Soçi. "Fişt" stadionu
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları bir həftə sonra gerçəkləşəcək.