AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik UEFA-dan yeni təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, avstriyalı mütəxəssis İsveçrədə "Bazel" və Macarıstanın "Uypeşt" klubları arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma avqustun 12-də “Sankt-Yakob Park” stadionunda oynanılacaq.