![](/uploads/posts/2021-08/medium/1627980956_qar.jpg)
Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiprdə AEL-in qonağı olacaq "Qarabağ" bu gün Kiprə yollanacaq.
Sportnet.az xəbər verir ki, komandanı Larnaka şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov avqustun 4-ü Bakı vaxtı ilə 20:45-də mətbuat konfransında iştirak edəcək. 15 dəqiqə sonra isə
matçın oynanılacağı “AEK Arena”da komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, avqustun 5-də keçiriləcək AEL - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da oynanılacaq.