
"Qarabağ" yeni transferləri Riçard Almeyda və Qaspar Panadero Zamoranı Kiprin AEL klubuna qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin oyunlarına sifariş edib.
Bu barədə Sportnet.az-a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, hər iki yarımmüdafiəçilərin adı UEFA-ya təqdim olunub.
Qeyd edək ki, "Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək. Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.