"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Şotlandiya "Aberdin"i ev oyunlarını keçirdiyi "Pittodri" stadionunu vaksinasiya mərkəzinə çevrilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gündən arenada peyvəndləmə məntəqəsi fəaliyyət göstərəcək. Bu, ölkədə vaksinasiyanı stimullaşdırmaq və peyvənd olunanların sayını artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, "Qarabağ"la "Aberdin"lə ilk oyununu avqustun 19-da Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.