İspaniyanın "Malyorka" futbol klubunun rəhbərliyi Valeri Karpini baş məşqçi postundan istefaya göndərib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Migel Anxel Nadal "AS" nəşrinə açıqlama verib.
O bildirib ki, tərəflər yollarını qarşılıqlı razılıq əsasında ayırıblar. Əslində "Malyorka" Karpinlə çoxdan vidalaşmaq istəyirdi. Amma rəhbərlik kompensasiya məbləğinin 400 min avroya çatması üzündən bu addımı ata bilmirdi. Məhz bu səbəbdən ötən ilin payızında istefa alınmamışdı.
Qeyd edək ki, "Malyorka" İspaniyanın səviyyədə ikinci liqası sayılan Sequndada çıxış edir. Komanda bu yarışda 24 matçdan 7 qələbə, 6 heç-heçə və 11 məğlubiyyətlə ayrılıb. Hazırda "adalılar" 27 xalla 22 komanda arasında 15-ci yeri tuturlar. "Malyorka", həmçinin İspaniya Kuboku ilə erkən vidalaşıb. Karpin İspaniya Komandasına 2014-cü ilin avqustundan rəhbərlik edirdi.