Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviçin şərəfinə mum heykəl düzəldilib. Sportnet.az-ın məlumatına görə, heykəl Parisdə yerləşən Qrevin muzeyində nümayiş etdirilib.
Mum heykəlin açılış mərasiminə qatılan İbrahimoviç yerli radyoya verdiyi açıqlamada bundan şərəf duyduğunu bildirib: "Heykəl mənim meydanda olduğum kimi işinə yönəlmiş görünür. Bu işdə əziyyət çəkən hər kəsə təşəkkür edirəm. İsveçli olaraq bu cür tanınmaq qürurvericidir. Növbəti dəfə bəlkə Eyfel qülləsinin yerində mənim heykəlim ucaldılar".
Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsümdə PSJ forması ilə çıxdığı 23 oyunda 16 qol vurub.