İtaliyanın "İnter" klubuna 20 min avro cərimə tətbiq edilib. Sportnet.az-ın məlumatına görə, buna Milan təmsilçisinin azarkeşlərinin "Palermo" ilə (3:0) görüşdə idmana yaraşmayan hərəkətlərə yol verməsi səbəb olub.
"İnter"dən əlavə azarkeşlər ucbatından "Latsio" da 15 min avrosundan keçməli olacaq. İtaliya A Seriyasının son turunda "Latsio" doğma meydanda "Cenoa"ya 0:1 hesabı ilə məğlub olub.