"Səbail"lə oyunda bəzi dəyişikliklərə əl ata bilərik. Bizi ən çox narahat edən amil meydançadır. Süni örtük futbolçulara problem yaşada bilər. Həmin meydanda oynayan bütün komandalar bunu təsdiq edər. Heyətdəki bəzi futbolçularda mikrozadələr var ki, bu da normaldır".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "ASCO Arena"da "Səbail"ə qarşı keçirəcəkləri Premyer Liqanın VI tur matçı barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
43 yaşlı mütəxəssis ölkəsinə getdiyi üçün komandadan ayrı qalan Harramiz Soaresin artıq kollektivlə məşq etdiyini və oynamağa hazır olduğunu bildirib.
Abasov yeni transferlərdən Xorxe Korreanın da fiziki durumunun yaxşılaşdığını söyləyib: "Ondan başqa, digər yeni transferlərimiz "Neftçi"nin heyətində meydana çıxıb. Amma Korreanın məsələsini müzakirə etməliyik. Bəzi futbolçuların fiziki durumunu oyunlarla düzəltmək istəyirik. Lakin onun süni örtükdə oynaması təhlükəlidir. Oyunun gedişinə görə qərar qəbul edəcəyik".
Baş məşqçi baxışda olan seneqallı futbolçular dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə da fikirlərini bildirib: "Onlar günü-gündən xoş təəssürat yaradırlar. Görünən odur ki, qablarında var, perspektivli oyunçulardır. Həmin futbolçuları milli oyunlarla bağlı fasilədə sınamaq fikrimiz var. Hələ bizimlədirlər, tələsmirlər. Gələcəkdə bizə xeyir verə bilərlərmi, bizi bu maraqlandırır".
Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 19:15-də başlayacaq.