İngiltərənin "Brayton" klubunun saxlanılan futbolçusunun İv Bissuma olduğu müəyyənləşib.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi cinsi zorakılıqda ittiham olunur. O, polis şöbəsinə qandallanaraq aparılıb.
Qeyd edək ki, bu mövsüm İv Bissuma Premyer Liqadakı 5 oyununda 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Brayton" 7 turdan sonra 6-cı yerdə gedir. Bissuma bu kluba 2018-ci ildə Fransa "Lill"indən keçib.
Premier League star Yves Bissouma 'in handcuffs' after being arrestedhttps://t.co/8KCTqzSoND pic.twitter.com/JoXY2xtMrs
— The Sun Football ⚽ (@TheSunFootball) October 6, 2021