2022-ci il dünya çempionatının seçmə oyununda Azərbaycan və İrlandiya ilə üz-üzə gələcək Lüksemburq yığmasının heyəti açıqlanıb.
Spornet.az-ın məlumatına görə, baş məşqçi Lük Holts 23 futbolçuya dəvət göndərib.
Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur.
Qapıçılar: Timoti Martin, Antoni Moris, Tim Kips
Müdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, Matias Olesen, Dioqo Pimentel, Danel Sinani, Aldin Skenderoviç, Olivye Till, Sebastyan Till
Yarımmüdafiəçilər: Dirk Karlson, Maksim Şanot, Loren Yans, Kevin Malqet, Mika Pinto, Vahid Selimoviç, Erik Veyqa
Hücumçular: Yvandro Borqes, Mauritse Davill, Maykl Omosanya, Gerson Rodriges.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.