1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında 48 ölkə yarışacaq
Portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu Dünya çempionatında iştirak edən komandaların sayının artırılmasını təklif edib. Sportnet.az-ın məlumatına görə, FİFA prezidentliyinə namizəd 48 komandanın iştirakı ilə keçirilək turnirin 2 mərhələdən ibarət olmaqla 2 ölkədə baş tuta biləcəyini bildirib.
Portuqaliyalının sözlərinə görə, təşkilatçı olan hər ölkədə 24 komanda mübarizə apara bilər. Cavab görüşlərinin isə bir ölkədə keçirilməsi mümkündür: "Hesab edirəm ki, Dünya çempionatında iştirak edən ölkələrin sayı 32-dən 40-a, hətta 48-ə qədər artırıla bilər".
Qeyd edək ki, FİFA-nın yeni prezidentinin kimliyinə mayın 29-da aydınlıq gələcək. Sözügedən post uğrunda qurumun hazırkı rəhbəri Yosef Blatter, İordaniya şəhzadəsi Əli bin Al-Huseyn və Hollandiya Futbol Federasiyasının prezidenti Mixail van Praq mübarizə aparır.