
Azərbaycan və Lüksemburq milliləri arasında keçiriləcək dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma avstriyalı hakimlər briqadasına tapşırılıb.
Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt hakimləri, Yulian Vaynberger dördüncü hakim qismində yardımçı olacaq. Video-köməkçi hakimlər isə Harald Lexner və Sebastyan Gishamer təyin edilib.
Serbiyalı Milan Karaciç hakim-inspektor, ukraynalı Yuri Barbaş FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlanacaq.