İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba 10 həftəyədək sıradan çıxıb.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Fransa yığmasının düşərgəsində ikən baldırından zədə alıb. Onun əvəzinə milliyə İtaliya "Roma"sından Jordan Veretu dəvət alıb.
Poqba Fransanın noyabrın 13-də evdə Qazaxıstan və noyabrın 16-da səfərdə Finlandiya ilə keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunlarını buraxmalı olacaq. Təcrübəli oyunçu bu mövsüm İngiltərə Premyer Liqasında 9 matça çıxıb və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, hazırda Fransa millisi D qrupunda 6 oyundan 12 xalla liderdir.