
"2 il öncəki oyunla indikini müqayisə etmək çətindir".
Sportnet.az-ın məlumatına görə, bunu Lüksemburq millisininkapitanı Loran Yans Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı futbolçu qrupun ilk matçında nisbətən bərabər oyun getdiyini söyləyib: "Amma biz qələbəyə daha layiq idik. Sabah qələbə üçün oynayacağıq. Rəqib evdə yaxşı çıxış edir. Lakin hədəfimiz 3 xaldır".
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.