"Vacib qələbə qazandıq. Rəqib azlıqda qaldıqdan sonra matça nəzarət tamamilə əlimizə keçdi. Ancaq bu üstünlüyü tez zamanda qolla nəticələndirə bilmədik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının qapıçısı Ralf Şon Bakıda Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Lessentiel" nəşrinə açıqlamasında deyib.
31 yaşlı qolkiper səfər qələbəsinin həmişə xüsusi olduğu bildirib: "İrlandiya ilə sonuncu görüşdə yaxşı nəticə əldə edərək, qrupu üçüncü pillədə başa vurmaq istəyirik".
Qeyd edək ki, hazırda 9 xala malik Lüksemburq yığması A qrupunda 3-cü pillədə qərarlaşıb. Azərbaycan millisi isə seçmə mərhələni 1 xalla sonuncu - 5-ci sırada başa vurub.