Serbiya yığmasının futbolçusu Aleksandar Mitroviç səfərdə Portuqaliya millisini 2:1 hesabı ilə yendikləri dünya çempionatının seçmə oyunundan sonra qeyri-adi addım atıb.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu serbiyalı azarkeşlərə təşəkkürünü bildirmək üçün meydana alt paltarında ölkə bayrağı ilə qaçıb.
Mitroviç komandasının 90-cı dəqiqədə qaələbə topunu vurub. Nəticədə Serbiya millisi Qətərdə təşkil olunacaq dünya çempionatına yüksəlib.
2-ci yeri tutan Portuqaliya isə pley-offda çıxış edəcək.
I just want someone to love me like Serbs love Mitrovic. pic.twitter.com/2f3m6qGdWb
— Serbian Football (@SerbianFooty) November 14, 2021