Serbiya millisinin futbolçuları 2022-ci ildəki dünya çempionatına vəsiqə əldə etdikdən sonra qazandıqları məbləği fonda ianə ediblər.
Sportnet.az-ın "B92" nəşrinə istinadən məlumatına görə, oyunçular xəstə uşaqlara yardım məqsədi ilə könüllü olaraq bu addımı atıblar.
Ölkə prezidenti Aleksandar Vuçiç onlara 1 milyon avro mükafat vəd edib. Məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb və bunun xeyriyyə məqsədlərinə yönəldilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya yığması son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə əldə edib.