
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Emil Mustafayev zədələnib.
Sportnet.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi Bakıda Norveçə qarşı keçirdikləri Avropa çempionatının seçmə oyununda sıradan çıxıb.
Ayağıdan xəsarət alan Ukraynanın "Aleksandriya" komandasının oyunçusu 87-ci dəqiqədə Abdulla Rzayevlə əvəzlənib.
Qeyd edək ki, hazırda görüşdə 2-ci hissə oynanılır və hesab qonaqların xeyrinədir - 2:1.