
Türkiyə Super Liqasında "Balıkesirspor" - "Gənclərbirliyi" (0:1) matçından sonra ev sahibi komandanın prezidenti hakimlər otağına gedib. Sportnet.az-ın məlumatına görə, Tuna Aktürk matçın baş hakimi Tolqa Özkalfa ilə görüşmək istəsə də, qapını açan olmayıb.
Bunu görən Aktürk qapını təpikləməyə başlayıb. Nəticədə klub prezidentinin istəyi baş tutmayıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin nizamnaməsinə əsasən hakimlərin paltardəyişmə otağı və koridorunda idman və idmançıya yaraşmayan hərəkətlər edərsə, təhqir və təhdidə yol verərsə, ən azı 1 il müddətinə haqqından məhrum edilmə ilə cəzalandırılır.










































































