
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatınan görə, günün ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.
Bu nəticədən sonra xallarının sayını 20-ə çatdıran son ölkə çempionu üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 9 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk oyununda "Sabah" evdə "Keşlə"ni məğlub edib - 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.
--------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyununda "Sabah" "Keşlə"ni qəbul edib.
"Bank Respublika Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın qollarını 4-cü dəqiqədə Amin Seydiyev, 12-ci dəqiqədə isə Aleksey İsayev vurub. 47-ci dəqiqədə Sadio Tounkara fərqi azaltmağa müvəffəq olub.
Bununla da ardıcıl ikinci, son 5 turda isə dördüncü qələbəsini qazanan "Sabah" xallarının sayını 14-ə çatdırıb və 5-ci pillədə qərarlaşıb. "Keşlə" isə 10 xalla 7-ci sıradadır.
Qeyd edək ki, günün digər matçında "Neftçi" "Səbail"i qəbul edəcək. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.
---------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda 11 xalla 5-ci pillədə yer alan "Sabah" və 10 xalla 7-ci sırada qərarlaşan "Keşlə" komandaları üz-üzə gələcəklər. Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq matçı Rəşad Əhmədov idarə edəcək.
İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə qarşılaşıb. Bu görüşlərin 1-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın xeyrinədir - 14:6. "Keşlə” son 10 oyunda məğlub olmayıb. “Sabah” evdə qalib gəlməyib.
Günün ikinci oyununda "Neftçi" və "Səbail" münasibətlərinə aydınlıq gətirəcək. "Bakcell Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. Ardıcıl 3 turdur məğlub olan flaqman hazırda 17 xalla turnir cədvəlinin 4-cü pilləsində gedir. 9 xalı olan "dənizçilər" isə sonuncu - 8-cidir.
Komandalar bunadək Premyer Liqada 16 dəfə rəqib olublar. “Neftçi” bu oyunlarda 11 qələbə qazandığı halda, "Səbail" cəmi 2 dəfə meydanı 3 xalla tərk edib. 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Meydan sahiblərinin vurduğu 37 qola qonaqlar 11 topla cavab veriblər. “Neftçi” ardıcıl 5 qələbə qazanıb. Son 4 matçın hərəsində 4 qol vurulub.
Azərbaycan Premyer Liqası
XII tur
27 noyabr (şənbə)
15:00. “Sabah” – “Keşlə” - 2:1
Qollar: Amin Seydiyev, 4. Aleksey İsayev, 12 - Sadio Tounkara, 49
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bank Respublika Arena".
18:15. “Neftçi” – “Səbail” - 1:0
Qol: Vüsal Əsgərov, 52
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.
Qeyd edək ki, turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.