
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının Qazaxıstan "Atırau"su ilə keçirəcəyi yoldaşlıq görüşünü AFFA Məşqçilər Komitəsinin üzvləri də izləyəcək. Sportnet.az-ın Antalyada olan əməkdaşının verdiyi məlumata görə, hazırda Şahin Diniyevlə Ağasəlim Mircavadov oyunun təşkil olunduğu "Susesi" otelinin stadionundadır.
Görüş yağışlı hava şəraiti altında keçəcək.