
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin XXIV turunda keçiriləcək bir oyunun vaxtı dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, "İnter” – "Simurq” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi fevralın 27-də deyil, martın 2-də reallaşacaq.
Buna səbəb "İnter”in futbolçularının müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsində olmasıdır. Turun digər görüşləri aşağıdakı proqram üzrə keçiriləcək.
Buna səbəb "İnter”in futbolçularının müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsində olmasıdır. Turun digər görüşləri aşağıdakı proqram üzrə keçiriləcək.
27 fevral
13:00. "Sumqayıt” – "Neftçi”
"Kapital Bank Arena”
14:00. "Xəzər Lənkəran” – "Bakı”
"Xəzər Lənkəran” mərkəzi stadionu, yardımçı meydança
14:00. "Qarabağ” – "Qəbələ”
"Dalğa Arena”













































































