1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Tbilisidə 4-cü oldu, futbolçusu ən yaxşı oldu
"Qəbələ"nin U-16 komandası Gürcüstanın paytaxtı Tbilisidəki beynəlxalq turnirdə son oyununu keçirib.
"Report"un məlumatına görə, yarışın dairəvi sistemlə təşkil olunan birinci hissəsində 3-cü yeri tutan əyalət təmsilçisi sonuncu olmuş Litvanın "Ateitis" klubu ilə bürünc medallar uğrunda oyuna çıxıb.
Çoxsaylı qol imkanlarından yalnız ikisini reallaşdıran "qırmızı-qaralar" yekunda meydançadan məğlub ayrılıb - 2:3.
Əsas vaxtı 2:2 hesabı ilə başa çatan final matçında Latviya "Riqa"sına penaltilər seriyasında qalib gələn Gürcüstanın "Dinamo" (Tbilisi) komandası çempion adını qazanıb.
"Qəbələ"nin futbolçusu Qədir Ramazanov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.
Turnirdən sonra kollektiv Tbilisi şəhəri ilə tanış olub, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin abidəsini ziyarət edib.