"Yaxşı oyun alındı. Çətin olacağını bilirdik. Çox çalışdıq və qalib gəldik".
Bunu "Neftçi"nin futbolçusu İfeanyi Metyu səfərdə "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
Nigeriyalı yarımmüdafiəçi son 3 görüşdə UEFA Konfrans Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirəcəklərini bildirib. 29 yaşlı oyunçunun fikrincə, komandasının avrokubok şansları kifayət qədər realdır.
Metyu gələn mövsüm də "Neftçi"də qalıb-qalmayacağını hələ bilmədiyini söyləyib: "Bu, sevdiyim klubdur, buradakı insanlarla münasibətim çox yaxşıdır. Mövsüm bitsin, agentimlə müzakirə edəcəyik".
Qeyd edək ki, İfeanyu Metyu 2025-ci ilin sentyabrında "Neftçi"yə 1 illik müqavilə əsasında transfer olub.
















































































