"Son çempionat matçından sonra bütün fikirlərimiz "Bazel"ə qarşı oyunla bağlıdır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Patrik Andrade İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
28 yaşlı kabo-verdeli yarımmüdafiəçi oyuna yaxşı hazırlaşdıqlarını bildirib: "Sabahkı görüşdə hər iki komandadan yaxşı oyun gözləyirəm. Rəqibi yaxşı analiz etmişik".
Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.