"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Efiopiya, Burkina Faso və Kamerunla yığmaları ilə Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunlarına çağırılıb.
Qarşılaşmalar müvafiq olaraq yanvarın 9-u, 13-ü və 17-də keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" 12 - 26 yanvarda Türkiyənin Antalya şəhərində təlim-məşçq toplanışı keçəcək. Andrade millinin oyunları ilə bağlıAğdam klubunun hazırlıq prosesinə gec qoşulacaq,