Azərbaycan millisində çıxış etmiş futbolçu Pavel Paşayev Ukraynanın "VPK-Arqo" klubundan ayrılıb.
Sportnet.az yerli "Meta-ratings" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi mövsümün sonunadək I liqa təmsilçisində (səviyyəcə ikinci) qalmaq təklifini geri çevirib.
Paşayevin karyerasını Ukraynadan kənarda davam etdirmək istədiyi bildirilib.
Qeyd edək ki, Pavel Paşayev "VPK-Arqo"ya sentyabrda keçib. O, daha əvvəl "Aleksandriya"nın formasını geyinib. Müdafiəçi 2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb.