
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXIV turun oyunları üçün bütün təyinatlar bəlli olub. Sportnet.az-ın məlumatına görə, "Xəzər Lənkəran" - "Bakı" qarşılaşması
Venera Kahriçin rəhbərlik etdiyi qadın hakimlər briqadasına həvalə olunub.
27 fevral (cümə)
13:00. "Sumqayıt” – "Neftçi”
Hakimlər: Mahir Məmmədov, Kamran Qədirov, Maya Nəbiyeva, Yuliya Qurbanova
Hakim-inspektor: Zöhrab Qədiyev
"Kapital Bank Arena”
14:00. "Xəzər Lənkəran” – "Bakı”
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Gülyana Güvəndiyeva, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Arif Ağayev
"Xəzər Lənkəran” mərkəzi stadionu, yardımçı meydança
14:00. "Qarabağ” – "Qəbələ”
Hakimlər: Qorxmaz Eldarov, Maqsud Şıxəliyeva, Əli Cəbrayılov, Fuad Rəsulzadə
Hakim-inspektor: Əlibala Ələsgərov
"Dalğa Arena”
2 mart (bazar ertəsi)
14:00. "İnter” – "Simurq”
Hakimlər: Namiq Bəkirov, Ruslan Nəsibov, Ruslan Quliyev, Emil Müsadiq
Hakim-inspektor: Adil Ələsgərov
"İnter Arena”











































































