"CBC Sport" telekanalının baş direktoru Volkan Üst, eləcə də texniki və yaradıcı heyət Şamaxı şəhər stadionunda olublar.
Sportnet.az telekanalın feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu, "Keşlə"nin növbəti mövsümdən "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil edərək, ev oyunlarını orada keçirəcəyi ilə əlaqədardır.
Artıq indidən Azərbaycan Premyer Liqasının yayımçı qurumunun əməkdaşları stadionda daha keyfiyyətli translyasiyanın təşkili üçün mövcud şəraitlə yerində tanış olublar. Texniki heyət stadionun əməkdaşları ilə söhbət edərək müəyyən qeydlər götürüblər.