"Qaziantep" və "Yeni Malatyaspor" komandaları arasında Türkiyə Super Liqasının XXII tur matçı yarımçıq dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, buna hava şəraiti səbəb olub. Güclü qar oyunun davam etdirilməsinə imkan verməyib.
Nəticədə qarşılaşmanın ikinci hissəsi oynanılmayıb.
Qeyd edək ki, ilk hissədən sonra hesab açılmayıb.