Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi UEFA-dan ayrılmış həmrəylik ödənişlərini yerli klublar arasında qeyri-bərabər bölüb.
Sportnet.az-ın məlumatına görə, vəsaitdən Premyer Liqanın 8, I Liqanın 3 klubuna ödəniş ediləcək.
Ən çox pul "Urartu"ya çatıb - 82 000 avro. "Pünik" 78 000 avro, "Van" 52 000 avro qazanacaq. "Ararat Armeniya", "Alaşkert", "Ararat", "Noa" hərəyə 46 642 avro irəli düşəcək. "Noravank" və "Şirak" hərəyə 37 000 avro, "Qandzasar" 20 000 avro, "Lernain Artsax" 15 003 avro əldə edəcək.
Vəsait klubların hesabına martda köçürüləcək.
Hazırda bu klublardan ilk 8-i Premyer Liqada, son 3-ü I Liqada çıxış edir.
Qeyd edək ki, daha əvvəl Konfrans Liqasında mübarizəni davam etdirən "Qarabağ" istisna olmaqla, Azərbaycan Premyer Liqasında çıxış edən 7 klubun hər birinə 72 866 avro vəsaiti UEFA AFFA-nın vasitəçiliyi ilə ödəyib.