
İngiltərə Premyer Liqasında XXIII turun son oyunu "Çelsi" və "Tottenhem" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Stemford Bric" stadionunda təşkil olunmuş London derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. "Zadəganlar"ın ilk qolunu 47-ci dəqiqədə Hakim Ziyeş vurub. 55-ci dəqiqədə isə Tyaqo Silva son nöqtəni qoyub.
Bununla da 24 oyundan sonra xalını 47-yə çatdıran "Çelsi" 3-cü pillədə möhkəmlənib. 20 oyundan 36 xala malik "Tottenhem" isə 7-cidir.