"Neftçi" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı zamanı baxışa çağırdığı panamalı futbolçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı qərarını açıqlayıb.
Bu barədə Sportnet.az-a klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, 21 yaşlı hücumçunun çıxışı məşqçilər heyətini razı salmayıb. Bu səbəbdən gənc forvard komandadan göndərilib.