Ukraynanın "Karpatı" klubunun sabiq futbolçusu Mixaylo Kopolovets komanda yoldaşını döyüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə veteran yarımmüdafiəçinin özü "Fanday" nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə Almaniyanın "Aynqayt" klubunda çıxış edərkən baş verib: "Komandada inzibatçı olmadığından təşkilatçılığı özümüz edirdik. Məsələn, öz topunuz olmalı, onu şişirtməli və məşqə özünüzlə aparmalı idik. Bir dəfə məşqə topu şişirtmədən getmişdim. Həmin vaxt polşalı futbolçu məşqçiyə yaxınlaşaraq xəbərçilik etdu. Nəticədə 50 avro cərimələndim. Komanda yoldaşımın hərəkətini qarşılıqsız qoymamağa qərar verdim və duşda olarkən onu sərt şəkildə döydüm".
Qeyd edək ki, Mixaylo Kopolovets 2015/2016 mövsümündə "Aynqayt" klubunun formasını geyinib.