21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq qapıçısı Şahin Zəkiyev Polşanın III liqasında çıxış edən "Sokol" klubuna baxışa yollanıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov deyib. Onun sözlərinə görə, 23 yaşlı qolkiperlə yaxın günlərdə qərar qəbul olunacaq.
Adıgözəlov qapıçı ilə Polşanın I liqasında mübarizə aparan "Zniç" komandasının da yaxından maraqlandığını bildirib: "Bu klubla birbaşa müqavilə də imzalana bilər. Amma "Sokol" Şahini saxlamaq istəsə, digər klubun qərarını gözləməyəcəyik".
Qeyd edək ki, Şahin Zəkiyev "Keşlə" və "Səbail" komandalarının formasını geyinib.